Qazaxıstanda pedofillərlə bağlı qanun sərtləşdi

09.10.2025

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Oktyabrın 17-dən Qazaxıstanda pedofiliyaya görə məhkum olunanlar üçün yeni kimyəvi kastrasiya qaydaları qüvvəyə minəcək.

"Unikal" xəbər verir ki, bu tədbir məhkəmə qərarı ilə tətbiq olunacaq. Cəzaçəkmə müəssisəsinin əməkdaşları cəza müddətinin bitməsinə azı 12 ay qalmış iş materiallarını məhkəməyə təqdim etməlidirlər, bundan sonra məhkum məhkəmə-psixiatriya ekspertizasından keçəcək.

Mütəxəssislər şəxsin cinsi zorakılığa meylinin olub-olmadığını müəyyən edəcək. Bundan sonra məcburi tədbir kimi kimyəvi kastrasiya tətbiq oluna bilər.

Prosedur birbaşa həbsxanalarda həyata keçiriləcək.

Bu tədbirlərin residivlərin qarşısının alınmasını yaxşılaşdıracağı gözlənilir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью