Qazaxıstanda prokuror saxlanıldı

29.09.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Qazaxıstanda Rudnı şəhərinin prokuroru Murat Uspanov cinayət törətməkdə şübhəli bilinərək saxlanılıb.

"Unikal" xarici KİV-ə istinadən əbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, prokurorun saxlanması Dövlət Cinayət Axtarışı İdarəsi ilə birgə həyata keçirilib.

Murat Uspanov bu vəzifəyə 2024-cü il sentyabrın 6-da təyin edilib, bundan əvvəl o, Kostanay vilayətinin Arkalıq şəhərinin prokuroru olub.

Ağarza Elçinoğlu 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью