Qazaxıstanda PUA qalıqlarına bənzər fraqmentlər aşkar edildi

29.03.2026

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qazaxıstanın qərbində yerləşən Atırau vilayətində pilotsuz uçuş aparatının (PUA) hissələrinə bənzər fraqmentlərin tapılması faktı ilə bağlı polis tərəfindən yoxlama aparılır.

"Ölkə.az" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Atırau vilayət Daxili İşlər Departamenti müvafiq qurumlarla birlikdə aşkar edilmiş predmetlərlə bağlı araşdırma tədbirləri həyata keçirir. Qeyd olunub ki, obyekt yaşayış məntəqəsindən kənarda tapılıb və hazırda hadisənin bütün təfərrüatları müəyyənləşdirilir.

Xatırladaq ki, martın 26-da Atırau ilə qonşu olan Qərbi Qazaxıstan vilayətinin Akjayık rayonunda da PUA qalıqlarına bənzər əşyalar aşkar edilmişdi.(teleqraf)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью