Qazaxıstanda referendumda iştirak 19,21 faiz təşkil edib

15.03.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Astana, 15 mart, AZƏRTAC

Qazaxıstanda yeni Konstitusiya üzrə ümumrespublika referendumunda vətəndaşların iştirakı yerli vaxtla saat 10:00-a 19,21 faiz və ya 2 milyon 393 min 844 nəfər təşkil edib.

AZƏRTAC-ın Qazaxıstan MSK-ya istinadən verdiyi məlumata görə, səsvermə ölkə üzrə 10 mindən çox məntəqədə keçirilir. Referendum saat 20:00-dək davam edəcək.

Referendum iştirakçılarının siyahısına 12 mil 461 min 796 vətəndaş daxil edilib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью