Qazaxıstanda “Rubej 2026” təliminə start verilib

14.09.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Qazaxıstanın Jetisu bölgəsindəki Koktal təlim poliqonunda Orta Asiya Regionunun Kollektiv Sürətli Yerləşdirmə Qüvvələri ilə birgə “Rubej-2026” təlimi başlayıb. Bu barədə Qazaxıstan Müdafiə Nazirliyi bazar ertəsi, 14 sentyabrda məlumat verib.

Xəbəri “Anadolu” verib. 

Təlim zamanı Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandan olan hərbi qulluqçular komandanlıq və idarəetmə orqanları ilə milli kontingentlər arasında birgə təlim və qarşılıqlı əlaqəni məşq ediblər.

Təlim hər il keçirilir və Kollektiv Sürətli Yerləşdirmə Qüvvələrinin qarşılıqlı fəaliyyət səviyyəsini və birgə tapşırıqları yerinə yetirmək üçün hazırlığını artırmaq məqsədi daşıyır.

Açılış mərasimində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin müavini Mirlan Turqunbekov, Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-mayor Askar Jolamanov, KTMT Birləşmiş Qərargah rəisinin müavini general-leytenant Ruslan Şpekbayev və digər dəvət olunmuş rəsmi şəxslər iştirak ediblər.

Təlim sentyabrın 13-dən 18-dək Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hava-Desant Hücum Qoşunlarının komandanı polkovnik Maxsut Hüseynovun rəhbərliyi altında keçirilir. Təlimlərə təxminən 1500 hərbi qulluqçu və 115 pilotsuz uçuş aparatı da daxil olmaqla 300-dən çox silah, hərbi və xüsusi texnika cəlb olunub.

P.ƏMİRCANOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью