Qazaxıstanda rus adlarının küçə və kəndlərdən yığışdırılması gündəmə gəldi

01.03.2025

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qazaxıstan deputatı Dairabayev ölkənin şimal bölgəsindəki rus adlarını daşıyan küçə və yaşayış məntəqələrinin adlarının dəyişdirilməsini tələb edib.

Tribunainfo.az xəbər verir ki, bu təklif parlamentin iclasında səsləndirilib, lakin bir neçə müddət sonra iclasın qeydlərindən silinib.

Buna baxmayaraq artıq Dairabayevin təklifi haqqında bəzi xəbər agentlikləri məlumat yaymağa müvəffəq olub. Bu məsələ Qazaxıstanda geniş müzakirələrə səbəb olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью