Qazaxıstanda Senat və Məclis sonuncu birgə iclasını keçirəcək

23.06.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Astana, 23 iyun, AZƏRTAC

Qazaxıstanda Senat və Məclisin deputatları iyunun 26-da birgə iclasa toplaşacaqlar.

AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, parlamentin palatalarının birgə iclasının çağırılması barədə müvafiq sərəncamı Məclisin sədri Yerlan Koşanov imzalayıb.

İclas yeni Konstitusiyanın qüvvəyə minməsinə bir neçə gün qalmış keçiriləcək. Həmin Konstitusiyaya əsasən, Senat və Məclis ləğv ediləcək, onların yerinə isə birpalatalı parlament – Qurultay fəaliyyətə başlayacaq.

Qurultay deputatlarının seçkilərinin avqust ayında keçirilməsi planlaşdırılır. Səsvermənin dəqiq tarixi hələ açıqlanmayıb. Yeni parlamentdə proporsional seçki sistemi əsasında partiya siyahıları üzrə seçiləcək ümumilikdə 145 deputat təmsil olunacaq.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью