Qazaxıstanda sərnişin qatarında “Starlink” pilot layihəsinə start verilib

12.10.2025

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Astana-Arkalıq qatarında “Starlink” peyk interneti işə salınıb. Avtosfer.az "AZƏRTAC"a istinadla xəbər verir ki, özəl “KAZRAIL” dəmir yolu daşıyıcısı “Astana-Arkalıq” marşrutu üzrə hərəkət edən qatarda “Starlink”dən pilot yüksəksürətli internet xidmətini istifadəyə verib. Layihə ilin sonuna qədər pilot mərhələdə olacaq. Daşıyıcılar sərnişin qatarlarında internetə çıxışın mərhələli şəkildə təmin edilməsi üzrə işi davam etdirir. Bundan əvvəl “Sərnişin daşımaları” SC Astana-Almatı və Astana-Ust-Kamenoqorsk marşrutları üzrə pilot layihələrə start verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью