Qazaxıstanda sərnişinlər qatarların hərəkətini onlayn izləyə bilərlər

02.06.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Astana, 2 iyun, AZƏRTAC

Qazaxıstanda sərnişinlər qatarların hərəkətini real vaxt rejimində izləyə bilərlər.

AZƏRTAC “Qazaxıstan Dəmir Yolu” SC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, “Qatarların hərəkətinin onlayn lövhəsi” xidməti “tablo-railways.kz” rəsmi veb-saytında mövcuddur.

Xidmətdən istifadə edən sərnişinlər qatarlarının cari yerini, gəliş və yola düşmə vaxtlarını, marşrut boyunca stansiyaların siyahısını, dayanacaqların müddətini və son stansiyaya təxmini çatma vaxtını öyrənə bilərlər.

Xidmət sərnişin qatarlarında quraşdırılmış GPS izləyicilərindən alınan məlumatlara əsaslanır. Məlumat avtomatik olaraq qatarların hərəkətinin sutka ərzində izlənildiyi “Sərnişin daşımaları” SC-nin mərkəzinə ötürülür.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью