Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qazaxıstan üç il ərzində rəqəmsal gücə çevrilmək istəyir. Bu məqsədlə respublikada süni intellekt nazirliyi də yaradılacaq.
Reyting.az xəbər verir ki, bunu Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev xalqa müraciəti zamanı deyib.
Prezident bildirib ki, süni intellektin inkişafı ilə ciddi məşğul olmağın vaxtı çatıb. Onun sözlərinə görə, bunun üçün bu sahədə bütün məsələlərə nəzarət edəcək ayrıca nazirlik yaratmaq lazımdır.
Tokayev Rəqəmsal Məcəllənin qəbulunun sürətləndirilməsinə də göstəriş verib.
ELÇİN