Qazaxıstanda təyyarə qəzası İki nəfər həlak olub

17.08.2025

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


Qazaxıstanın Akmola vilayətində yüngül mühərrikli “Aerostar R40F UP-LA229” tipli təyyarə qəzaya uğrayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “zakon.kz” respublikanın Nəqliyyat Nazirliyinə istinadla məlumat yayıb.
Hadisə nəticəsində iki nəfər – pilot və bir sərnişin həyatını itirib.
Məlumata görə, təyyarə şəxsi uçuş həyata keçirirmiş. Qəzanın səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradılıb.
Nazirlikdən bildirilib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən ibtidai istintaq başlanıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью