Qazaxıstanda üç hava limanının tikintisinə başlanılıb AZƏRTAC

22.01.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 22 yanvar, AZƏRTAC

Qazaxıstan Zaysan, Katon-Karaqay və Kendirli kurort zonalarında üç yeni hava limanının tikintisinə başlayıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Kazinform informasiya agentliyi məlumat yayıb. Bildirilib ki, layihələrin həyata keçirilməsi ilə regionlarda iqtisadi artımın stimullaşdırılması, yerli və xarici turistlərin cəlb edilməsi, əhali üçün əlavə məşğulluq imkanlarının yaradılması gözlənilir.

Qeyd edək ki, Qazaxıstanın Almatı Beynəlxalq Hava Limanında bu yaxınlarda tikilmiş terminal müəssisənin illik sərnişin tutumunu 2,5 milyondan 14 milyona yüksəlib. Air Astana, SCAT, Qazaq Air və Fly Arystan yerli aviaşirkətləri Qazaxıstanın 19 şəhərinə müntəzəm uçuşlar həyata keçirir. Bundan əlavə, 30 xarici aviaşirkət 50 müxtəlif marşrut üzrə 26 ölkəyə beynəlxalq uçuşlar həyata keçirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью