Qazaxıstanda varlılara xüsusi vergi tətbiq edilir

29.10.2026

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qazaxıstanın Milli İqtisadiyyat və Maliyyə nazirlikləri bir ay ərzində beynəlxalq təcrübəni araşdıraraq xüsusilə varlı vətəndaşların vergiyə cəlb olunması ilə bağlı təkliflər hazırlayacaq.

Axar.az xəbər verir ki, bununla bağlı Qazaxıstanın Baş naziri Oljas Bektenov müvafiq tapşırıq verdiyini bildirib.

“Əsas məsələlərdən biri də böyük sərvət sahiblərinin vergiyə cəlb edilməsidir. Milli İqtisadiyyat və Maliyyə nazirlikləri bir ay müddətində beynəlxalq təcrübəni öyrənməli və xüsusilə varlı vətəndaşların vergiyə cəlb olunması ilə bağlı təkliflər təqdim etməlidir”, – o qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью