Qazaxıstanda veteranlara 5 milyon ödənəcək Yeni Çağ Media

23.01.2025

Icma.az bildirir, Yenicag saytına əsaslanaraq.

Qazaxıstanda Böyük Vətən Müharibəsi veteranlarının hər birinə 5 milyon tenge (təxminən 16 min 330 manat) birdəfəlik maddi yardımın ödənilməsi planlaşdırılır.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, maddi yardımlar Böyük Vətən Müharibəsində qələbənin 80-ci ildönümü münasibətilə həyata keçiriləcək.

Qeyd edək ki, Qazaxıstanda 120 Böyük Vətən Müharibəsi veteranı var.

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью