Qazaxıstanda yaşayan həmyerlimiz dövlət mükəfatına layiq görüldü | Icma.az
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev həmyerlimiz Sadiyev Qəhrəman Sənan oğlunu fəal işlərinə görə dövlət mükafatı, “Şapaqat” medalı ilə təltif edib.
Dominant.az xəbər verir ki, Qazaxıstanın Almatı şəhərində yaşayan həmyerlimiz Qəhrəman Sadiyev Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının Almatı filialının sədridir.
Hüquq elmləri doktoru olan Q.Sadiyev gənc yaşlarından Qazaxıstanda yaşayır.
Uzun müddət bu ölkənin Ədliyyə Nazirliyi orqanlarında, prokuror və məhkəmə sistemində müxtəlif vəzifələrdə çalışıb, Almatı şəhər məhkəməsində hakim olub.
Yaşadığı ölkədən və tutduğu vəzifələrdən asılı olmayaraq, Q.Sadiyev hər zaman Azərbaycan adını yüksək tutub, vətənimiz üçün maddi və mənəvi dəstəyini əsirgəməyib.
Həmçinin Qazaxıstanda Azərbaycan diasporasının qurulması və fəaliyyəti ilə bağlı mühüm işlər görüb.
Dəfələrlə Dünya Azərbaycanlıları Qurultayının iştirakçısı olub.
Tam oxu
Xəbəri oxu