Qazaxıstanda yaşayış binasında baş vermiş yanğın nəticəsində iki uşaq ölüb AZƏRTAC

09.01.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 9 yanvar, AZƏRTAC

Qazaxıstanın Karaqanda şəhərində yaşayış binasında baş vermiş yanğın nəticəsində iki uşaq ölüb, daha bir qadın isə yaralanıb.

AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, yanğın gecə saatlarında başlayıb. Alov mənzilin tavanını və məişət əşyalarını bürüyüb.

Əlli kvadratmetr sahəni əhatə edən yanğın tam söndürülüb.

Hadisə ilə bağlı cinayət işi açılıb və bildirilib ki, yanğının baş verməsinin ilkin səbəbi qısaqapanmadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью