Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir. "Atom Elektrik Stansiyasının (AES) tikintisi üzrə konsorsiumun baş operatoru Qazaxı
Teleqraf.com xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev AES-in tikintisi üzrə konsorsiumda hansı şirkətlərə üstün
Prezident qeyd edib ki, bu məsələ Rusiya Prezidenti Vladimir Putinin Astanaya səfəri zamanı müzakirə olunub.
"Söhbət xaricdə atom stansiyalarının tikintisi üzrə yüksək səriştəyə və zəngin təcrübəyə malik "Rosatom" şirkətinin mümkün iştirakından gedirdi.
Həmçinin mülki təyinatlı nüvə obyektlərinin tikintisində Çinin böyük uğurlarını nəzərə alaraq, Çin şirkəti ilə də danışıqlar aparılır.
Qərb şirkətləri daxil olmaqla digər xarici korporasiyaların da marağı var", - deyə Tokayev söyləyib.
Dövlət başçısı əlavə edib ki, Qazaxıstana böyük güclü atom stansiyası lazımdır: "Bundan əlavə, yaxın gələcəkdə ikinci, hətta üçüncü atom elektrik stansiyasının tikintisinə başlamağımızı istisna etmirəm.
Nüvə sənayesi enerji çatışmazlığı ilə üzləşən iqtisadiyyatımızın inkişafına güclü təkan verəcək.