Qazaxıstanda yeni formalaşacaq parlament Kurultay adlandırıla bilər | Icma.az
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni parlamentin "Kurultay" adlandırılmasını təklif edib.Bakıvaxtı.az "Xabar" informasiya agentliyinə istinadən xəbər verir ki, o, bu barədə Qızılordada Milli Kurultayın iclasında bildirib.K.Tokayev vurğulayıb ki, deputatların sayının artırılmasına ehtiyac yoxdur, parlamentdə əsl vətənpərvərlər və yüksək ixtisaslı mütəxəssislər işləməlidir."Nəticə etibarilə mandatların ümumi sayının 145 olması barədə fikir səsləndirilib.
Sədr müavinlərinin sayı üç olmalı, komitələrin sayı isə səkkizi ötməməlidr", - o bildirib.Yeni parlament beş il müddətinə seçiləcək.K.Tokayev qeyd edib ki, parlamentin yeni strukturu qanunverici orqanın işinin səmərəliliyini təmin edəcək və ölkənin inkişafı ilə bağlı prioritet məsələlərə fokuslanmağa imkan verəcək./Report Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu