Qazaxıstanda yollarda qalmış 500dək sərnişin mənzil başına qatarla çatdırılıb AZƏRTAC

04.01.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Astana, 4 yanvar, AZƏRTAC

Qazaxıstanda çətin meteoroloji şəraitlə əlaqədar Astana-Qaraqanda, Astana-Pavlodar və Astana-Kokşetau avtomobil yolları müvəqqəti bağlanıb. Çətin vəziyyətdə qalan 500-ə yaxın sərnişin dərhal dəmir yolu nəqliyyatına yönləndirilib.

AZƏRTAC “Qazaxıstan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, ən çox sərnişin - 202 nəfər Kurort-Borovoye stansiyasından Astanaya çatdırılıb. Daha 100 nəfər Sarıbel stansiyasından Qaraqandaya və paytaxta göndərilib.

Makinka, Eltay və Akkol stansiyalarından Astanaya isə 76 sərnişin çatdırılıb. Ekibastuzdan dəmir yolu ilə 63, Ereymentau stansiyasından isə 52 sərnişin yola düşüb.

Çətin hava şəraitində dəmir yolu nəqliyyatı ən etibarlı və təhlükəsiz nəqliyyat vasitələrindən biri olaraq qalır.

Bildirilir ki, Qazaxıstanın milli daşıyıcısı sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək üçün bütün lazımi tədbirləri görməyə davam edir və vətəndaşları zərurət olmadıqca uzaq məsafələrə səfərə çıxmaqdan çəkinməyə çağırır.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью