Qazaxıstanda zəlzələ olub

06.10.2025

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Qazaxıstanın cənubunda gecə saatlarında zəlzələ baş verib.
Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Bildirilib ki, zəlzələnin gücü Tarazda 4 bal, Çimkənddə 3 bal, Türküstanda isə 2 bal olub.
Yeraltı təkanlar Astana vaxtı ilə saat 01:29-da qeydə alınıb. Zəlzələnin episentri paytaxtdan 465 km kənarda qeydə alınıb.
Təbii fəlakətlə əlaqədar operativ qərargah yaradılıb, tələfat və dağıntılar barədə məlumat yoxdur.
Mehman Mehdiyev
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью