Qazaxıstanın Bakıdakı səfirliyində bayraq yarıya qədər endirilib

26.12.2024

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Qazaxıstanın Bakıdakı səfirliyində də bayraq yarıya qədər endirilib.

Bu barədə "Xalq Cəbhəsi"nə Qazaxıstanın Azərbaycandakı səfirliyindən bildirilib.

Məlumatda qeyd olunur ki, Aktau yaxınlığında baş verən təyyarə qəzasında 6 qardaş ölkənin vətəndaşı həlak olub. Nəzərinizə çatdıraq ki, Azərbaycan və Qazaxıstanın səlahiyyətli orqanları insidentin səbəblərini müəyyən etmək və bütün lazımi yardımı göstərmək üçün birgə iş aparır. Dünən Qazaxıstan həmrəylik nümunəsi göstərdi:
Xilasedicilər və həkimlər operativ şəkildə çalışıb, dövlət qurumları ahəngdar hərəkət edib, vətəndaşlar Astana və Aktauda qan verib, səfirlik önünə güllər gətiriblər.

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью