Qazaxıstanın bir milyon tonluq sərvəti

13.11.2025

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hurriyyet.az xəbər verir ki, Qazaxıstanın təbii uran ehtiyatlarının çəkisi 1 milyon tona yaxındır.
Qazaxıstanın Atom Enerjisi agentliyinin sədr müavini Qumar Serqazinin sözlərinə görə, bu həcmdə uran ölkəin uzunmüddətli tələbatını ödəmək üçün kifayətdir. O deyib: "Ölkəmizin atom stansiyalarının tələbatını ödəmək üçün kifayət qədər uran var. Məsul orqanın rəsmi informasiyasına görə, hazırda 1 milyon toa qədər təbii uran ehtiyatı var. Bu ehtiyat 60 ildən artıq müddətə bəs edər".
O, iki atom elektrik stansiyasına malik Finlandiyaya uran tədarükü ilə bağlı danışıqlar aparıldığını da qeyd edib.
Rəsmi məlumata görə, Qazaxıstan dünyada Avstraliyadan sonra dünyada ən böyük uran ehtiyatına malik ölkədir.
Hürr Tərcüman

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью