Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 22 noyabr, AZƏRTAC
Qazaxıstanın qadın həndbolçulardan ibarət “Astana” komandası Bakıya gələcək.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, səfərin məqsədi Azərbaycan paytaxtında təlim-toplanışı keçməkdir.
“Astana” dekbarın 4-dən 10-dək Bakıda hazırlaşacaq və bəzi yerli klublarla yoxlama oyununda qüvvəsini sınayacaq.
Qeyd edək ki, ötən ay Qazaxıstanın kişilərdən ibarət “Turan” həndbol komandası Bakıya təlim-məşq toplanışına gəlmişdi.