Icma.az bildirir, Azertag saytına əsaslanaraq. Astana, 21 oktyabr, AZƏRTAC Qazaxıstanın Energetika Nazirliyi qaz təchizatında mümkün fasiləl
Alınmayan qaz həcmləri mövcud müqavilələr çərçivəsində operativ şəkildə əvəzlənir.
Bu səbəbdən daxili istehlakçılar, o cümlədən paytaxtın istilik elektrik stansiyaları üçün heç bir qaz çatışmazlığı yoxdur və gözlənilmir”, – deyə nazirlikdən bildirilib.Qeyd olunub ki, qaz qəbulunda müvəqqəti məhdudiyyətlər səbəbindən Qaraçaqanak yatağının operatoru hasilat həcmlərində nəzarətli azalma həyata keçirib.
“Bu tədbir Qazaxıstanın daxili bazarına qaz tədarükü üzrə öhdəliklərin yerinə yetirilməsinə təsir göstərmir”, – deyə nazirlik əlavə edib.Bildirilib ki, Qaraçaqanakta yeni qaz emalı zavodunun tikintisi hökumətin strateji prioritetlərindən biri olaraq aktiv şəkildə nəzərdən keçirilir.Energetika Nazirliyi vətəndaşlara və media nümayəndələrinə yalnız rəsmi mənbələrə istinad etməyi və yayılan spekulyativ məlumatlara inanmamağı tövsiyə edib.Xatırladaq ki, oktyabrın 19-da Orenburq Qaz Emalı Zavodunda dron hücumu nəticəsində qəza vəziyyəti yaranıb.
Elşən RüstəmovAZƏRTAC-ın xüsusi müxbiriAstana Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.