Qazaxıstanın Kurık limanı yükdaşımalar üzrə yeni rekorda imza atıb

05.06.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Astana, 5 iyun, AZƏRTAC

Bu ilin mayında Qazaxıstanın Kurık limanı fəaliyyətə başlayandan bəri aylıq yükdaşıma üzrə rekord göstəricilərə nail olub.

AZƏRTAC xəbər verir ki, yükdaşıma həcm 267 min ton təşkil edib ki, bu da 2023-cü ilin iyun ayının əvvəlki rekordundan (251 min ton) 7 faiz çoxdur.

İxrac strukturunda ən çox arpa olmaqla dənli bitkilər, neft məhsulları (mazut) və kimya məhsulları üstünlük təşkil edib.

Kurık limanı Xəzər dənizinin şərq sahilində, Aktau limanının cənubunda yerləşir və təbii buxtada, yükləmə-boşaltma əməliyyatları, xüsusən də vaqonların açılıb-qoşulması əməliyyatları üçün daha əlverişli hava şəraitini təmin edən körfəzdə yerləşir.

Bərə kompleksində taxıl, neft məhsulları, gübrələr, kimyəvi maddələr və digər növ yüklərin aşırılması əməliyyatları həyata keçirilir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью