Qazaxıstanın Manqistau Vilayət Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” yaradılıb AZƏRTAC | Icma.az

21.11.2024

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 21 noyabr, AZƏRTAC

Qazaxıstanın Manqistau Vilayət Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” yaradılıb.

Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildirilib ki, guşədə Azərbaycanın tarixi şəxsiyyətlərinin həyat və yaradıcılığını, eləcə də ölkəmizin tarixini, mədəniyyətini, incəsənətini, ədəbiyyatını, bölgələrini, turizm potensialını əks etdirən 350 kitab sərgilənir və yaxın günlərdə təntənəli açılış mərasiminin keçirilməsi planlaşdırılır.

Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğu guşənin yaradılmasında verilən dəstəyə görə Manqistau vilayətinin qubernatoru-akimi Nurdaulet Kilıbaya, şəhər akimi Abilkair Baypakova, Azərbaycan Milli Elmlər Akademiyasına, AMEA Mərkəzi Elmi Kitabxanasına və vilayət kitabxanasının rəhbərliyinə, tələbələrə, azərbaycanlı iş adamlarına, icma fəallarına minnətdarlığını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью