Qazaxıstanın nazir müavini: Hava məkanımıza daxil olduqdan 28 dəqiqə sonra təyyarə ilə əlaqə itib

25.12.2024

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qəzaya uğrayan təyyarə ölkəmizin hava məkanına yerli vaxtla 11:00-da daxil olub, 28 dəqiqə sonra isə hava gəmisi ilə əlaqə itib”.

APA xəbər verir ki, bunu jurnalistlərə Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev deyib.

Onun sözlərinə görə, əlaqə kəsilməzdən əvvəl təyyarə hava limanı yaxınlığında iki dəfə dövrə vurub, üçüncüdə isə yerə çırpılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью