Icma.az, Azertag portalına istinadən məlumat verir.
Astana, 29 yanvar, AZƏRTAC
Qazaxıstanın Akmola bölgəsində patrul polisi əməkdaşları şiddətli şaxtada çətin yol vəziyyətində qalan Azərbaycan sürücülərinə kömək ediblər.
AZƏRTAC “Polisia.kz” saytına istinadla xəbər verir ki, hadisə Kokşetau-Atbasar avtomobil yolunda baş verib. Azərbaycan vətəndaşlarının ağırtonnajlı avtomobili avtomatik transmissiyanın nasazlığı səbəbindən dayanıb. Həmin vaxt havanın temperaturu -32°C-yə çatıb.
Polis əməkdaşları kömək üçün gəlib və yük maşınını təhlükəsiz yerə çəkməyə kömək ediblər.
Sürücülər daha sonra avtomobili yenidən işə salıb yollarına davam ediblər.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana