Qazaxıstanın turizm və idman nazirinin müaviniylə görüş baş tutub

20.11.2024

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 20-də gənclər və idman nazirinin müavini Mariana Vasileva Qazaxıstan Respublikasının turizm və idman nazirinin müavini Yerjan Yerkinbayevi qəbul edib.

Futbolpress.az xəbər verir ki, qonağı salamlayan nazir müavini ona ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib. Görüş zamanı Azərbaycan və Qazaxıstan arasında idman sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Görüşdə Gənclər və İdman Nazirliyinin sektor müdirləri Aydın Məmmədov, Ülviyyə Hacıyeva, Elvin Zeynallı, Qazaxıstan Respublikasının Turizm və İdman Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Akmaral Jamalatova, Turizm Sənayesi Komitəsinin Daxili təhlil şöbəsinin müdiri Nurbol Bayzhanov, Qazaxıstanın Azərbaycandakı səfirliyinin birinci katibi Daniyar Batalov iştirak ediblər.

Ümumi idman Azərbaycan və Kamerun arasında idman sahəsində əməkdaşlıq müzakirə olundu

30 May 2024, 17:50

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью