“Qazaxıstanla oyunları yüksək səviyyədə keçirməyə çalışacağıq” Millinin baş məşqçisi | Icm…
Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Qazaxıstanda təşkil olunan təlim-məşq toplanışı dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, bu barədə fikirlərini AFFA-nın mətbuat xidmətinə bildirib.
Baş məşqçi komandada ab-havanın yüksək olduğunu deyib: “Belə toplanışlar bizim üçün çox önəmlidir.
Beynəlxalq səviyyədə nə qədər çox oyun keçirsək, futbolçularımız bir-birilərini bir o qədər yaxşı anlayarlar.
Sevindirici haldır ki, heyətə cəlb olunanlar öz klublarında müntəzəm oynayırlar.
Milliyə Rusiya, Türkiyə, Qazaxıstan çempionatından gələnlər var. Onların klublarında daim oynamaları bizim üçün çox önəmlidir.
Çünki belədə millinin düşərgəsinə tam hazır gəlirlər. Təəssüf ki, bəzi futbolçularımız zədə səbəbindən budəfəki toplanışda iştirak etmirlər.
Tam oxu
Xəbəri oxu