Qazaxıstanla Özbəkistan arasında yeni dəmir yolu çəkilir AZƏRTAC

03.01.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Astana, 3 yanvar, AZƏRTAC

Qazaxıstan və Özbəkistanı 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılan yeni dəmir yolu xətti birləşdirəcək.

AZƏRTAC “Qazaxıstan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, layihə ölkələr arasında ixrac daşımalarının həcmini artırmaq məqsədi daşıyır.

Yeni dəmir yolu xəttinin tikintisi yüklərin mövcud Sarıağaş-Daşkənd hissəsindən yeni xəttə yönləndirilməsinə, Sarıağaş stansiyasında sıxlığın aradan qaldırılmasına və Özbəkistana ixrac daşımalarının artırılmasına imkan verəcək.

“Bu günə kimi 203 kilometr uzunluğundakı dəmir yolu xəttinin təxminən 100 kilometrlik rels-şpal şəbəkəsinin quraşdırılması başa çatdırılıb”, - deyə məlumatda bildirilir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью