Qazaxıstanlı 16 yaşlı gənc İngiltərə nəhəngində

10.02.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qazaxıstanın "Kayrat" klubu komandanın 16 yaşlı hücumçusu Dastan Satpayevin İngiltərə təmsilçisi "Çelsi"yə transfer olunduğunu açıqlayıb.

Oxu.Az xəbər verir ki, Satpayev 2026-cı ilin yayında yetkinlik yaşına çatdıqdan sonra London klubunun sıralarına qoşulacaq.

Həmin vaxta qədər gənc forvard "Kayrat"da çıxışını davam etdirəcək.

2024-cü ilin mayında Satpayev 15 yaşında "Kayrat"ın əsas komandasında debüt edib və klub tarixinin ən gənc oyunçusu olub. Ötən mövsüm o, 5 oyun keçirib və bir qol vurub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью