Qazaxıstanlı dünya çempionu 3 illik diskvalifikasiya edilib AZƏRTAC

18.12.2024

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 18 dekabr, AZƏRTAC

Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) Qazaxıstanın MMA döyüşçüsü Rəsul Xatayevi cəzalandırıb.

AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, o, antidopinq qaydalarını pozduğuna görə 3 il müddətinə diskvalifikasiya edilib. İdmançının qanında drostanolon və klomifen maddələri aşkarlanıb. Döyüşçünün cəzasının müddəti 2024-cü il oktyabrın 16-dan etibarən hesablanmağa başlayıb.

Qeyd edək ki, Rəsul Xatayev dünya və Asiya çempionudur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью