Qazaxıstanlı hərbçilər Komando və XTQ nin hərbi hissələrini ziyarət edib

18.04.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Azərbaycanda səfərdə olan Qazaxıstan Həmlə-Desant Qüvvələrinin komandanı general-mayor Almaz Cumakeevin rəhbərlik etdiyi nümayəndə heyəti Komando və Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrini ziyarət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qonaqlara hərbi hissənin tarixi və gündəlik fəaliyyəti, maddi-texniki təchizatı barədə brifinq təqdim olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra nümayəndə heyəti qapalı idman zalı, əsgər yataqxanası və yeməkxanaya baxış keçirib. Qonaqlara şəxsi heyətin idman fəaliyyətləri nümayiş etdirilib.

Hərbi hissənin ərazisindəki qapalı atış kompleksində tapança, pnevmatik silah və kiçikçaplı tüfənglərdən atışlar icra olunub.

Qonaqlar tam təchizatlı komandoların sıra hazırlığına baxdıqdan sonra onların dağ komando qülləsində və kəşfiyyat cığırında fəaliyyətlərini izləyiblər.

Qazaxıstan nümayəndə heyəti daha sonra Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Ələkbər Cahangirovla görüşüb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair geniş müzakirələr aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью