Qazaxıstanlı nazir: Orta dəhliz üzrə daşımaların həcmi üç dəfə artıb

14.10.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2024-cü ilin yekunlarına görə Orta dəhliz üzrə daşımaların həcmi üç dəfə artıb.

APA xəbər verir ki, bunu Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 21-ci iclasında komissiyanın həmsədri - Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev deyib.

Nazirin sözlərinə görə, Qazaxıstan üçün Asiya ilə Avropanı birləşdirən Orta Dəhliz mühüm əhəmiyyət daşıyır: "2024-cü ilin yekunlarına görə bu dəhliz üzrə daşımaların həcmi üç dəfə artıb, cari ilin səkkiz ayında isə iki dəfə yüksəlib".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью