Qazaxlı Alik in oğluna hökm oxundu | Icma.az
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fuad Muradov, Ramil Paşşanov və Gülnar Hacıyevaya hökm oxunub.
BAKU.WS unikal-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm elan edilib.
Hökmə əsasən, Fuad Muradov 6 il 6 ay, Ramil Paşşanov 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
G.Hacıyevaya isə 5 il müddətinə şərti cəza verilib. Xatırladaq ki, F.Muradov 2023-cü ilin oktyabr ayında saxlanılıb.
Qeyd edək ki, o, "Qazaxlı Alik" ləqəbi ilə tanınan Qarabağ müharibəsi veteranı Arif Muradovun oğludur.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu