Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyanın Yekaterinburq şəhər sakini Fehruz Şirinov Uralda Azərbaycan diasporunun keçmiş lideri Şahin Şıxlinski və Səfərov qardaşlarına qarşı çoxmilyonluq məhkəmə iddiası qaldırıb.
Gununsesi.info xəbər verir ki, o, onları özünə qarşı sui-qəsd cəhdində ittiham edir.
Şirinovun sözlərinə görə, bu hadisə 2010-cu ildə baş verib. Qeyd olunur ki, Şirinov cinayət işi üzrə zərərçəkən kimi tanınıb.
O, 22 milyon rubldan artıq məbləğdə mənəvi zərərin ödənilməsi üçün iddia qaldırıb. Xatırladaq ki, Şıxlinski 2025-ci ilin yayında saxlanılıb.
İstintaq hesab edir ki, o, Şirinova sui-qəsd cəhdi və 2001-ci ildə İkram Paşayevin qətlinin təşkilində iştirak etmiş ola bilər.
Şirinov isə sağ qalıb, çünki cinayət aləti olan tapança işləməyib. 15 il sonra iş yenidən araşdırılmağa başlanıb.
Gununsesi.info Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.