Qazdoldurma məntəqəsində partlayış Ölən və yaralananlar var VİDEO

12.01.2025

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Yəmənin Bəyda əyalətində husi üsyançı “Ənsar Allah” hərəkatının nəzarəti altında olan qazdoldurma məntəqəsində baş verən partlayış nəticəsində azı 15 nəfər ölüb, onlarla insan yaralanıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Əl-Cəzirə” telekanalı yayıb, ancaq detalları açıqlamayıb.
“Al Mashhad”ın məlumatına görə, Ez-Zaher bölgəsinin Əl-Məcriş bölgəsində dörd qazdoldurma məntəqəsi partlayıb. 
Xəsarət alanların sayı 70 nəfəri ötüb, onlar tibb müəssisələrinə yerləşdirilib.
Əs-Təvra xəstəxanası çoxlu sayda itki ilə əlaqədar yerli sakinləri qan verməyə çağırıb.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью