Qazi övladları üçün bayram tədbiri üçün bayram tədbiri

06.11.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) “10ların təbəssümü” layihəsi çərçivəsində 8 Noyabr - Zəfər Günü münasibətilə qazi övladları üçün bayram tədbiri təşkil olunub.

AMADA-nın təşkilatçılığı, “Smart Electronics” və “VR Bee”nin dəstəyi ilə keçirilən tədbirin açılış mərasimində Agentliyin icraçı direktoru Təhminə Tağı-zadə və “Smart Electronics”in icraçı direktoru Baycan Salmanoğlu çıxış ediblər. Çıxışlarda Zəfər Gününün xalqımızın qəhrəmanlığını, birliyini və milli qürurunu təcəssüm etdirən əlamətdar gün olduğu vurğulanıb.

Tədbir çərçivəsində uşaqlara təmiz idman dəyərləri, idmanda dürüstlük və ədalət prinsipləri, eləcə də dopinqin və narkomaniyanın insan sağlamlığına, həyatına və gələcəyinə mənfi təsirləri barədə məlumat verilib.

Tədbirin əyləncəli hissəsi “VR Bee”də davam edib. Burada uşaqlar virtual reallıq dünyasına səyahət edərək maraqlı və unudulmaz anlar yaşayıblar.

Qabil YUSİFOĞLU
XQ 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью