Qazi: Torpaqlarımız azad edilərkən keçirdiyim sevinc və qürur hissini bu gün yenidən yaşadım AZƏRTAC

15.01.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Xocalı, 15 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Qırx dörd günlük Vətən müharibəsində torpaqlarımız azad edilərkən keçirdiyim sevinc və qürur hissini bu gün yenidən yaşadım.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Xocalıya köç edən keçmiş məcburi köçkün, Vətən müharibəsi qazisi Soltan Cəfərov deyib.

“Mənim üçün böyük fəxrdir ki, uğrunda döyüşdüyüm torpaqlarda yaşamaq bu gün qismətim olub. Buraya gələrkən Tərtərdə və Ağdamda şəhidlərimizin məzarını ziyarət etdim. Allah torpaq uğrunda şəhid olanlara rəhmət eləsin, qazilərimizə cansağlığı versin”, – deyə Vətən müharibəsi qazisi bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью