Qazi: Vətən üçün digər gözümü də qurban verməyə hazıram | Icma.az
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gəncə, 22 oktyabr, Elcan Məmmədov, AZƏRTAC İllərdir birgə xidmət apardığımız qardaşlarımızın şəhid olması xəbərlərini eşidəndə çox pis hisslər keçirirdik.
Hər zaman tək istəyimiz irəli getmək idi. Ona da nail olduq. Döyüşün 33-cü günü mən ağır yaralandım.
ən yaxın dostum, silahdaşım Nahid Mikayılov yanımda şəhid oldu. Mənə ilkin tibbi yardımı da döyüş yoldaşlarım göstərdi.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə 44 günlük müharibənin iştirakçısı, qazi Nazim Əsədov deyib.O bildirib ki, ağır yaralandığına görə dəfələrlə əməliyyat keçirib, bir gözünü itirib, bədənində qəlpə yaraları var.
“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm ki, Azərbaycan Ordusunun gücünü bütün dünyaya sübut etdi.
Yenidən müharibə olarsa, digər gözümü də bu yolda qurban verməyə hazıram”, - deyə qazi deyib.
Əsədov Nazim Tapdıq oğlu 1983-cü ildə Masallı şəhərində anadan olub.
Tam oxu
Xəbəri oxu