Qazilərə diqqət və qayğı FOTOLAR

27.11.2026

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov rayon ərazisində yaşayan müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərlə (qazilərlə) görüş keçirib. Tədbirdə RİH başçısı aparatının məsul əməkdaşları və qazilər iştirak ediblər.
Yardımlı şəhərində yerləşən “Şıxaz Palace” şadlıq sarayında təşkil olunan görüşdə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən danışan icra başçısı Orxan Məmmədov şəhid ailələrinə və müharibə əlillərinə göstərilən dövlət qayğısının ölkə rəhbərliyinin sosial siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. O, rayon rəhbərliyi olaraq qazilərin qayğı və problemlərinin daim diqqət mərkəzində saxlanıldığını və onların həlli istiqamətində zəruri addımların atıldığını qeyd edib.
Səmimi və işgüzar şəraitdə keçən görüş zamanı qazilərin təklifləri, sosial-məişət qayğıları və məşğulluqla bağlı müraciətləri fərdi qaydada dinlənilib. Qaldırılan məsələlərin operativ şəkildə araşdırılması və həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Tədbirdə çıxış edən qazilər onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью