Qazilərə şad xəbər: Bu müavinətdə artım olacaq

27.11.2024

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Səyyad Salahlı müzakirələrə səbəb olacaq çıxış edib. Belə ki, o, müharibə iştirakçılarına verilən 80 manat müavinətin az olduğunu vurğulayıb.

Sitat: “Bir sıra məsələlər var ki, elə bil bunu qəsdən edirlər ki, camaat narazı qalsın. 80 manat məsələsi ayıb bir rəqəmdir. Bizim qəhrəman oğlanlarımıza, qazilərimizə bu nə müavinətdir verilir? Hamı bundan narazılıq edir, qazilər üstümüzə gəlir”.

Sual yaranır: Veteranlara verilən müavinətin artırılmasına nə mane olur?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli veteranlara verilən müavinətin artırılacağını bildirib.

Natiq Cəfərli

Onun sözlərinə görə, artım elə də çox olmayacaq:

“Ciddi artım olacağını düşünmürəm. 80 manatın 100 manata qaldırılması gözlənilir. Güman ki, büdcə müzakirələri zamanı və büdcəyə əlavələr və dəyişikliklər edilən zaman məsələ bir daha gündəmə gələcək”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью