Qazilərimiz milli qürur mənbəyimizdir

28.09.2026

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

26 sentyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “27 Sentyabr – Anım Günü” münasibətilə Qarayazı qəsəbəsində Vətən müharibəsi qazisi Ləzgiyev Məhəmməd Nazim oğlunun ailəsi ziyarət olunub.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının əməkdaşları qazimizin ailə üzvləri ilə söhbət aparıb, onların qayğıları ilə maraqlanıblar.

Göstərilən diqqət və qayğıya görə qazimizin ailəsi cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью