Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Avtomobil yollarında kommunikasiya xətlərinin çəkilməsi və ya təmiri məqsədilə aparılan qazıntı işlərindən sonra yolun bərpası ilə bağlı məsələyə aydınlıq gətirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Yolun düzü” rubrikasının növbəti buraxılışında bu barədə məlumat verilib.
Bildirilib ki, avtomobil yollarında planlı qazıntı işləri Agentliyin razılığı və müəyyən edilmiş texniki şərtlər əsasında həyata keçirilməlidir:
"Təqdim olunan texniki şərtlərdə qazıntı işlərinin aparılması qaydaları ilə yanaşı, işlər başa çatdıqdan sonra yolun əvvəlki vəziyyətinə qaytarılması ilə bağlı tələblər də müəyyən olunur.
Kommunikasiya xətlərinin çəkilməsi, təmiri və ya yenilənməsi məqsədilə qazıntı işləri aparıldıqdan sonra yolun bərpasının təmin edilməsi və bununla bağlı xərclərin ödənilməsi həmin işlərin sifarişçisinin öhdəliyinə daxildir.
Yol örtüyünün texniki tələblərə uyğun şəkildə bərpası üçün sifarişçi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə müvafiq müqavilə bağlamalı və bərpa işlərinin dəyərini ödəməlidir. Bundan sonra Agentlik tərəfindən yolun bərpası müəyyən edilmiş texniki tələblərə və texnoloji ardıcıllığa uyğun şəkildə həyata keçirilir.
Bu səbəbdən kommunikasiya işləri ilə əlaqədar qazıntı aparılmış hər bir yol hissəsinin bərpası avtomatik olaraq Agentliyin üzərinə düşmür.
Qazıntı işinin sifarişçisi yolun əvvəlki vəziyyətinə qaytarılmasının təmin edilməsinə və bununla bağlı müvafiq xərclərin ödənilməsinə cavabdehdir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi müvafiq müqavilə əsasında belə yol hissələrinin texniki tələblərə uyğun, keyfiyyətli və təhlükəsiz şəkildə bərpasını təmin edir”, - deyə rubrikada bildirilib.
Bizim.Media