Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yaponiyanın Küsü Universitetinin alimləri müəyyən ediblər ki, qazlı su hüceyrələr tərəfindən şəkərin udulmasını sürətləndirərək maddələr mübadiləsinə təsir göstərə bilər.
Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri "BMJ Nutrition, Prevention & Health" jurnalında dərc olunub.
Araşdırmaya əsasən, qazlı sudakı karbon qazı orqanizmə daxil olduqdan sonra qismən qana sovrulur və orada bikarbonat adlı maddəyə çevrilir.
Bu maddə qanın kimyəvi tərkibinə təsir edərək, eritrositlərin (qırmızı qan hüceyrələrinin) daxilində turşuluq səviyyəsini (pH) bir qədər artırır.
Bu dəyişiklik qlikoliz prosesini aktivləşdirir - yəni hüceyrələr şəkəri (qlükozanı) daha fəal şəkildə emal edərək onu enerji mənbəyinə çevirirlər.
Alimlər bu prosesi hemodializ zamanı müşahidə olunan effektlə müqayisə ediblər.
Hemodializdə də karbon qazından istifadə olunur və o, oxşar şəkildə maddələr mübadiləsini stimullaşdırır.