Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Rusiyanın enerji şirkəti Qazprom, əvvəlki ilin eyni dövründəki 170,3 milyard rubl zərərdən sonra 2026-cı ilin yanvar-sentyabr dövründə 114,8 milyard rubl (təxminən 1,4 milyard dollar) xalis mənfəət əldə edib.
Qazprom tərəfindən açıqlanan maliyyə nəticələrinə görə, şirkətin gəliri ilin ilk 9 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 4,44 trilyon rubla çatıb. Şirkət bu ilin üçüncü rübündə 36,4 milyard rubl xalis mənfəət əldə edib. Qazprom bu ilin ikinci rübündə 69,2 milyard rubl, ötən ilin üçüncü rübündə isə 159,6 milyard rubl zərər etdiyini bildirmişdi.
Rusiya-Ukrayna müharibəsindən sonra Avropa bazarında satışları əhəmiyyətli dərəcədə azalan "Qazprom" şirkəti daxili bazara və Çinə təbii qaz tədarükünü artırmağı hədəfləyir.
M.MİRZƏ
XQ