Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Rusiyanın enerji şirkəti "Qazprom" 2027-ci ilin yanvar ayında Uzaq Şərq marşrutu ilə Çinə təbii qaz nəqlinə başlamaq üçün tikinti işlərinin başa çatmaq üzrə olduğunu açıqlayıb.
"Qazprom"dan verilən yazılı açıqlamada şirkətin direktorlar şurasının genişmiqyaslı investisiya layihələri üzrə görülən işləri qiymətləndirdiyi bildirilib.
Bəyanatda Rusiyanın şərqində təbii qaz infrastrukturunun genişləndirilməsi üzrə işlərin davam etdiyi və "Primorski bölgəsində 2027-ci ilin yanvar ayında Uzaq Şərq marşrutu ilə Çinə təbii qaz nəqlinə başlamaq üçün lazımi qurğuların tikintisi başa çatmaq üzrədir" bildirilib.
Bəyanatda Beloqorsk-Xabarovsk təbii qaz boru kəmərinin tikintisinin 98,5 faizinin tamamlandığı və onun Sibir Gücü və Saxalin-Xabarovsk-Vladivostok boru kəmərlərinə birləşdirildiyi qeyd olunub.Həmçinin bildirilib ki, Çayanda yatağı ilə Blaqoveşçensk şəhəri arasında yerləşən Sibir Gücü təbii qaz boru kəmərinin ikinci hissəsinin tikintisi başa çatmaq üzrədir və istismara vermə işlərinin davam etdiyi bildirilib.
Bəyanatda həmçinin Arktika bölgəsindəki Xarasavay təbii qaz yatağında hasilat üçün hazırlıqların son mərhələdə olduğu və bu yeni investisiyaların Rusiyada təbii qaz təchizatı təhlükəsizliyini gücləndirmək və ixrac öhdəliklərini yerinə yetirmək məqsədi daşıdığı qeyd edilib.
Avropa təbii qaz bazarını böyük ölçüdə itirən Qazprom, ixracın azalmasını Asiya ölkələrinə, əsasən Çinə təbii qaz tədarükünü artırmaqla kompensasiya etməyi hədəfləyir.
M.MİRZƏ
XQ