Qazprom Türk axını ilə Slovakiyaya qaz tədarükünə başlayıb

06.02.2025

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Rusiya qazı "Türk axını" boru kəməri vasitəsilə Slovakiyaya qaz tədarükünə başlayıb.

“Report” xəbər verir ki, bu barədə “Dennik N” portalı qaz nəqli sisteminin operatoru olan SPP şirkətinin rəhbəri Voytex Ferentsə istinadən məlumat verib.

Onun sözlərinə görə, "Qazprom" fevraldan SPP-yə "Türk axını" vasitəsilə qaz tədarükünə başlayıb və apreldən onun həcmi iki dəfə artacaq.

"Qazprom Export" şirkəti ilə müqavilə 2034-cü ilə qədər qüvvədədir.

Qeyd edək ki, Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranziti yanvarın 1-də tam dayandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью