Qazpromdan şok qərar Bu ölkəyə qaz nəqli dayandırılır | Icma.az
Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın dövlət enerji şirkəti olan "Qazprom" Moldovaya təbii qaz nəqlini dayandırır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb ölkənin Rusiya şirkətinə borclu olması göstərilib.
"Qazprom"dan bildirilib ki, bu səbəbdən 2025-ci il yanvarın 1-dən Moldovaya təbii qaz nəqli kəsiləcək: "Çox təəssüf ki, "Moldovagaz" şirkəti "Qazprom"la müqavilə öhdəliklərinə pozub.
Borcla bağlı qarşı tərəfə dəfəələrlə bu barədə xəbərdarlıq olunb.
Lakin nəticə hasil olmadığından müqavilə şərtlərinə əsasən, 1 yanvar 2025-ci ildə yerli vaxtla saat 08:00-dan etibarən Moldovaya qaz nəqli dayanacaq".
Məlumatda deyilir ki, "Qazprom" hər il təxminən 2 milyard kubmetr Moldovaya təbii qaz nəql edib.
Samir MUSAYEV MİA.AZ Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu